"Messi və Mbappe böyük oyunçulardır"

30 Yanvar 2022 19:27

PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçuları Kilian Mbappe və Lionel Messi haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "RMC Sport"a açıqlamasında sözügedən hücumçulardan razı qaldığını deyib:

"Biz Lionelin məşqdəki davranışlarından çox razıyıq. O, yaxşı iş görür. Vəzifələrinin öhdəsindən gəlməyi bacarır. Eyni şeyi Kiliana da aid edirəm. Onların əlaqəsi yaranmağa başlayır. Messi və Mbape çox böyük oyunçulardır".

Milli.Az