Bakıda iki “Mersedes” toqquşdu
6 May 2010 09:04
ANS TV-nin verdiyi xəbərə görə, Nobel prospekti 157 ünvanında baş vermiş qəza zamanı 1985-ci il təvəllüdlü Babayev Elvin Həsənağa oğlunun idarə etdiyi "Mersedes" markalı avtomaşın, 42 yaşlı Quliyev Nasir Cavanşir oğlunun idarə etdiyi eyni markalı maşınla toqquşub.
Qəza nəticəsində yüngül xəsarətlər alan Nasir Quliyev və onun idarə etdiyi maşında olan sərnişin 1973-cü il təvəllüdlü Abbasov Dəyanət Vəli oğlu respublika neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Hər iki xəstəyə lazımı tibbi yardım göstərilib və onlar müalicələrini ambulator qaydada davam etdirmələri üçün evə buraxılıblar.
Yol nəqliyyat hadisənin qeydə alındığı ünvanda Xətai rayon Polis İdarəsi və Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılıb. Müvafiq nümünələr götürüldükdən sonra qəzaya uğramış hər iki avtomaşın cərimə dayanacağına göndərilib. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün avtotexniki və tibbi ekspertizalar təyin edilib.
Milli.Az