"Liverpul" yeni hücumçu transfer etdi

31 Yanvar 2022 05:36

İngiltərənin "Liverpul" klubu yeni transferini gerçəkləşdirib.

Mersisayd təmsilçisi Portuqaliya "Portu"sundan Luis Diası heyətinə qatıb.

25 yaşlı kolimbiyalı oyunçu tibbi müayinədən keçib. Hücumçunun müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Kolumbiya yığmasının düşərgəsində olan Luis Dias 2019-cu ildən "Portu"da çıxış edib.

Milli.Az