Ukrayna kəşfiyyatı məxfi sənədləri Kiyevdən çıxartdı

30 Yanvar 2022 17:07

Ukrayna kəşfiyyatı məxfi sənədləri və avadanlıqları paytaxtdakı qərargahından ölkənin qərbindəki təhlükəsiz yerə aparıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzetinə adı açıqlanmayan mənbədən məlumat verilib.

Qəzet Ukrayna kəşfiyyatının bu cür hərəkətlərini Kiyevin vəziyyətin gərginləşməsinə hazırlaşması kimi dəyərləndirib.

Milli.Az