Gəncədə qadını yaxını bıçaqladı

29 Yanvar 2022 19:42

Şəmkir sakini Gəncədə bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Kür qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü P.Hüseynova bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumatlara görə, qadını yaxını olan şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az