Tbilisidə mənzildən 5 nəfərin meyiti tapılıb

29 Yanvar 2022 19:41

Gürcüstanın paytaxtı Tbilisidəki mənzildən 5 nəfərin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qldani rayonunda baş verib.

Məlumata görə, ölənlərdən üçü azyaşlıdır. Hadisəyə qazdan zəhərlənmənin səbəb olduğu ehtimal edilir.

Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb, istintaq aparılır.

Milli.Az