"Övladlarınızı kiçik yaşda evləndirməyin"

29 Yanvar 2022 17:42

Türkiyəli müğənni Doğuş valideynlərə səslənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Səni axtarıram" verilişinə aparıcılıq edən ifaçı erkən yaşda nikahlara qarşı olduğunu bildirib:

"Uşaqlarınıza qıymayın, onları kiçik yaşda evləndirməyin. Kiçik yaşda uşaq sahibi olurlar. Ərləri onların qədrini bilmir və boşayır. Torpağın altına qoyur. Uşaqdır, səhv edə bilər. 16 yaşında birinin hər şey etməsi mümkündür, qanı qaynayır. Evləndirməyin uşaqlarınzı bu yaşda".

Milli.Az