Ailə üzvləri qrup halında zorladı - Saçını kəsib, küçədə gəzdiriblər

29 Yanvar 2022 18:18

Hindistanda gənc qadın saçları kəsildikdən, üzü mürəkkəblə boyandıqdan və küçələrdə gəzdikdən sonra qrup şəklində təcavüzə məruz qalıb. Qan donduran hadisədən sonra 7-si ailə üzvü olmaqla 11 nəfər cinsi təcavüzə görə saxlanılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə 9-u qadın olmaqla 11 nəfər gənc qadını qaçırıb, qrup şəklində zorlayıb və günorta saatlarında küçələrdə gəzdiriblər. Polis yanvarın 26-da baş verən hadisədən zərərçəkmiş qadının ərinin sayəsində xəbərdar olub.

Dehli əyalətinin siyasi lideri Arvind Kejrival hadisəni biabırçı bir hərəkət kimi qiymətləndirib və polisin sərt tədbirlər görməli olduğunu bildirib.

Qeyd edək ki, 2020-ci ildə Hindistanda 28.000-dən çox zorlama hadisəsi qeydə alınıb.

Milli.Az