Gürcüstanda sutkalıq yoluxma 18 mini ötdü

29 Yanvar 2022 11:36

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 18 274 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 145 508, ölənlərin sayı isə 14 911 nəfərə çatıb. Virusa yoluxanlardan 995 328 nəfərin sağaldığı bildirilib.

Milli.Az