Yoldaşlarını öldürən Ukrayna əsgəri istintaq təcridxanasına göndərilib

29 Yanvar 2022 08:28

Ukraynanın Dnepr şəhər məhkəməsi Milli Qvardiyanın əsgəri Artem Ryabçük barədə 2 aylıq həbsqətimkan tədbiri seçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna Milli Qvardiyanın əsgəri Artem Ryabçük qarovulda olarkən əsgər yoldaşlarına atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb. Silahla qaçan Artemi tutmaq üçün əməliyyat təşkil edilib.

Milli.Az