Zelenski Makronla telefonla danışdı

29 Yanvar 2022 08:18

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makron telefonla danışıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna rəhbəri Instagram hesabında yazıb.

"Ukraynanın dostu Makronla söhbət etdik. Biz "Normand formatı"nın bərpa edilməsindən şadıq - bu sülhün təmin edilməsi üçün ilk addımlardan biridir. Əlverişli mühit olduğu üçün görüş və danışıqlara başlamaq vaxtıdır. Diplomatik səylər davam etdikcə, gələcəkdə eskalasiya riski azalır", - deyə Zelenski qeyd edib.

Milli.Az