Bakıda sakinini avtomobil vurub

29 Yanvar 2022 08:23

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neapol dairəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Hümbətov Səlim Rövşən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az