"Acer" yeni məhsullarını göstərdi

7 Mart 2012 19:24
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, M3-ün korpusunun qalınlığı 20 millimetrdir. 15 düym ekranlı utrabukun "Nvidia GeForce GT640M" diskret videokartı, "İntel Core" prosessoru var.

"Windows 7" əməliyyat sistemi əsasında çalışan ultrabukun SSD yaddaş və ya SSD-sərt disk yaddaşlı variantları var. Ultrabuk batareyadan 8 saat çalışır.

M3-dən savayı, "Acer" korporasiyası nazik V5 və orta qiymətli V3 noutbuklarını nümayiş etdirib.

"Acer V3" və "Acer V5" noutbukları II rübdə, "Acer Aspire Timeline Ultra M3" isə martın sonunda satışa çıxarılacaq.

Milli.Az