BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşacaq

28 Yanvar 2022 19:33

BMT Təhlükəsizlik Şurası yanvarın 31-də Ukraynakı vəziyyətlə bağlı iclas keçirəcək.

Bu barədə Təhlükəsizlik Şurasında sədrlik edən Norveçin BMT-dəki daimi nümayəndəsi məlumat verib.

"İclas bazar ertəsi saat 10:00-da (red-Bakı vaxtı ilə 11:00) keçiriləcək", - deyə açıqlamada deyilir.

İclasın ABŞ tərəfinin təklifi ilə keçiriləcəyi və Rusiya-Ukrayna sərhədində yaranmış vəziyyətə həsr olunacağı vurğulanıb.

Milli.Az