Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapıldı

28 Yanvar 2022 18:42

Füzuli rayonunun işğaldan azad olunan ərazisində daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.

Bu barədə c-a Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

O bildirib ki, erməni hərbçinin cəsədi bu gün aparılan axtarışlar zamanı tapılıb.

Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistana təhvil verilib.

Milli.Az