Apple 6 ildən sonra Çində ilk sıradadır

30 Yanvar 2022 22:25

2021-ci ilin son rübündə Apple, 23% rekord bazar payı ilə dünyanın ən böyük smartfon bazarı olan Çində birinci yeri tutub.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət 2015-ci ildən bəri ilk dəfə bazarda liderlik edir.

Huawei-in reytinqdəki çöküşündən sonra Apple, yeni çıxardığı iPhone 13 modeli ilə Çinli rəqibləri Vivo və Opponu geridə qoyaraq ilk sırada qərarlaşıb.

Çip böhranı və iqtisadi yavaşlama səbəbiylə istehsal və istehlak tələbinin məhdud olması ölkənin smartfon bazarında 9 faizlik daralma ilə nəticələnib. Buna baxmayaraq Apple Çindəki satışlarını 32%  artırıb.

Milli.Az