“Tesla” rüblük gəlirini açıqladı

30 Yanvar 2022 21:25

"Tesla" çərşənbə günü gözləniləndən daha yüksək olan dördüncü rüb nəticələrini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət  tədarük zənciri problemlərinin 2022-ci ildə davam edəcəyini bildirdikdən sonra, çərşənbə günü səhmlər 5%-ə qədər azalıb. Lakin  yenidən artım tempi qeydə alınıb.

Hesabatda qeyd olunub ki, elektromobil istehsalçısı  dördüncü rübdə 2,32 milyard dollarlıq xalis mənfəət əldə edib. Şirkət bir səhm üçün 2,05 dollar qazanıb.

Eyni zamanda bildirilib ki, satışlar bir il əvvəl 10,7 milyard dollardan 65% artaraq 17,7 milyard dollara çatıb.

Milli.Az