"Facebook" və "Instagram" NFT bazarına qoşulur

29 Yanvar 2022 22:25

Metavers sərmayələri ilə gündəmdə olan "Meta" indi NFT-lərə doğru addım atmağı planlaşdırır. "Financial Times"ın məlumatına görə, nəhəng şirkət NFT-ləri "Instagram" və "Facebook" proqramlarına inteqrasiya edə bilər.

Milli.Az facemark.az-a istinadən bildirir ki, NFT-lər sürətlə yayılmağa davam edir. Bir çox insanlar bunun üçün yüz minlərlə dollar ödəyir və "gələcək" üçün böyük investisiyalar edirlər.

Məlumata əsasən "Meta" istifadəçilərə NFT-lər yaratmağa, bu NFT-ləri paylaşmağa və ya profil fotoşəkilləri kimi istifadə etməyə imkan verəcək funksiyaları tətbiqlərə gətirməyi planlaşdırır.

Milli.Az