"Kaş onun yerinə mən ölərdim" - FOTOlar

29 Yanvar 2022 05:31

Silahlı hücum nəticəsində həyatını itirən türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, "Beşiktaş" klubunun sabiq rəsmisi, vəkil Şafak Mahmutyazıcıoğlunun cənazəsi Rize şəhərinin Fındıklı kəndinə gətirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisədən sonra özünə gələ bilməyən Ece də dəfnə qatılanlar arasında olub.

"Onu çox sevirdim, buna necə dözəcəyəm? Çox tez getdi. Kaş onun yerinə mən ölərdim" - deyə, aktrisa göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Şafak Yeşilköydə restoranlardan birindən çıxarkən gecə Türkiyə saatı ilə 00:30 radələrində adı açıqlanmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.

Milli.Az