Məşhur reperin adı növbəti qalmaqalda - 20 milyon ödəyə bilər

28 Yanvar 2022 20:30

Amerikalı məşhur reper Kris Braun bu dəfə təcavüzdə günahlandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə 2020-ci ilin sonunda reper P Diddinin yaxtasında əyləncə gecəsi zamanı baş verib. Zərərçəkmiş (qadının adı istintaqın maraqları baxımından açıqlanmır, onun rəqqasə və xoreoqraf olduğu deyilir) dəymiş ziyana görə ifaçıdan 20 milyon dollar tələb edir.

Zərərçəkmiş bildirir ki, Braun ona dərman verib, nəticədə o, huşunu itirdiyi üçün müğənniyə müqavimət göstərə bilməyib və təcavüzə məruz qalıb.

Braun və ya onun nümayəndələri hələlik iddia ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, bu, reperin adının hallandığı ilk qalmaqal deyil. O, 2009-cu ildə münasibətdə olduğu müğənni Rihannaya şiddət göstərmişdi. Məhkəmə onun 5 illik azadlıqdan məhrum olunması haqda qərar qəbul etmişdi. Lakin reperin vəkilləri onun psixoloji xəstəlikdən əziyyət çəkdiyini sübut etmişdi.

Braun 2018, 2019, 2021-ci illərdə də oxşar hadisələrə görə ittiham olunub.

Milli.Az