Nanə Ağamalıyevanın "ATV"dən ayrılması iddialarına AÇIQLAMA

28 Yanvar 2022 16:24

Ötən gün mətbuatda Nanə Ağamalıyevanın "ATV" kanalından ayrılması ilə bağlı məlumatlar yayılıb.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sözügedən informasiyalarda aparıcının kanal rəhbərliyi ilə problemi yaşadığ bu səbəbdən də iş yerini tərk edəcəyi qeyd edilib. 

Məsələ ilə bağlı "ATV" kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxladıq. 

Ozal İbrahimli açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Nanə Ağamalıyevanın "ATV"də fəaliyyəti davam edir.

Milli.Az