Ermənilər Zəngəzurdakı Totem monastırına qarşı vandallıq ediblər - VİDEO

28 Yanvar 2022 14:34

Qədim Azərbaycan torpaqlarında 150-dən çox abidəni dağıdan Ermənistan öz məqsədləri naminə tam dağıtmadığı mədəni irsimizə aid bəzi abidələri özününküləşdirməyə cəhd edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Zəngəzur əyalətində, Gorus rayonunun 30 km-də, İrəvan şəhərindən 280 km məsafədə yerləşən qədim Totem monastırına qarşı ermənilər vandal aktlar törədib.

Tarixçi Faiq İsmayılov deyir ki, adı "Tat" və "ev" türk söz birləşmələrindən əmələ gələn Totem abidəmizi ermənilər bərpa adı ilə aşındırıblar. Karvansaray kimi tikilmiş, sonradan isə Alban monastırı kimi fəaliyyət göstərmiş bu abidəmizdəki tarixi yazılar, Azərbaycan mədəniyyətinə xas nişanələr silinib, qədim divarlar mərmərlə örtülüb.

9-cu əsrə aid bu möhtəşəm tikilini tam sökməyərək, olmayan tarixlərinə bir töhfə kimi qiymətləndirən ermənilər Totem monastırından turizm obyekti kimi də istifadə edirlər. Ermənilərin özlərinin bildirdiyinə görə, 2010-2017-ci illərdə bu abidəni ziyarət etməyə 69 min turist cəlb ediblər. Mütxəlif dəyişikliklər etməklə abidənin tarixi spesifikasını zədələyən Ermənistanla bağlı YUNESKO-ya müraciət olunacaq. Həm Totem monastırı, həm də digər tarixi abidələrə qarşı edilən vandal aktlarla bağlı hətta Ermənistan beynəlxalq məhkəməyə də verilə bilər.

Qeyd edək ki, ermənilər Totem monastırının giriş qapısını da öz üslublarına xas şəkildə dəyişməklə onun tarixi quruluşunu zədəyiblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az