Mərkəzi Bank uçot dərəcəsini artırdı

28 Yanvar 2022 12:16

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8,25%-dən 9%-ə qaldırılıb.

Milli.Az