Gürcüstanda koronavirusdan ölənlərin sayı 14 870 nəfərə çatıb

28 Yanvar 2022 14:10

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 17 066 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 127 234, ölənlərin sayı isə 14 870 nəfərə çatıb. Virusa yoluxanlardan 986 928 nəfərin sağaldığı bildirilib.

Milli.Az