ABŞ Rusiyaya təzyiq üçün Çinə müraciət etdi

28 Yanvar 2022 12:46

Birləşmiş Ştatlar Çindən Rusiyaya təzyiq etməsini istəyir ki, Moskva Ukrayna ilə bağlı məsələdə diplomatiyaya meyillənsin.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

"Pekindən Moskvaya təsir etməsini istəyirik - Rusiya diplomatiyaya meyillənsin deyə... Ukraynada müharibə başlasa, Çin üçün də yaxşı olmayacaq", - deyə Nuland bildirib.

Milli.Az