Körpünün məhəccərlərini satan kənd muxtarı həbs olundu - FOTO

28 Yanvar 2022 11:34

Türkiyədə kənddəki körpünün məhəccərlərini satan muxtar həbs olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Kastamonu vilayətinin Alatarla kəndində baş verib.

Məlumata görə, Taşköprü mahalındakı körpü ötən ilin avqust ayında Kastamonuda baş verən sel fəlakəti nəticəsində nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bir müddət sonra isə körpünün məhəccərləri yoxa çıxıb.

Araşdırma nəticəsində məhəccərlərinin kənd muxtarı K.K tərəfindən sökülərək dəmir külçə ticarətilə məşğul olan A.K-ya satıldığı məlum olub.

Jandarm əməkdaşları A.K-nın evinə baxış zamanı iki ton dəmir aşkar ediblər.

Hər iki şəxsin həbs edildiyi, barələrində istintaqın aparıldığı bildirilib.

Milli.Az