Superliqa klubunda yeni baş məşqçi

27 Yanvar 2022 23:56

Türkiyənin "Altay" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisini Sərkan Özbalta çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Sərkan Özbalta təyinatından 2 həftə sonra istefaya göndərilmiş Mərt Nobreni əvəz edib.
 
Qeyd edək ki, "Altay" bu mövsüm Superliqada 23 oyuna topladığı 18 xalla 19-cu pillədə qərarlaşıb.

Milli.Az