Gəncədə qadın dəm qazından zəhərlənib, vəziyyəti ağırdır

27 Yanvar 2022 23:36

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində baş verib.

1989-cu il təvəllüdlü P.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, o, yaşadığı evdə dəm qazından zəhərlənib.

Milli.Az