ABŞ-dan ciddi hədə: Antonov Vaşinqtondan çıxarılır?

27 Yanvar 2022 19:06

ABŞ-ın bu ölkədəki səfirimiz Anatoli Antonovun çıxarılmasının mümkünlüyü barədə eyhamı çox ciddi təhdiddir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, səfir Anatoli Antonov Rusiyanın ABŞ-ın diplomatik missiyası rəhbərinin mühafizəçisinə viza verməyəcəyi təqdirdə Dövlət Departamentinin onun Vaşinqtondan çıxarılması məsələsini qaldıracağını açıqlamışdı.

Milli.Az