ABŞ əsas suala cavab vermədi, Putinin qərarı… - Lavrov

27 Yanvar 2022 18:54

NATO və ABŞ-ın Rusiyanın təhlükəsizlik təkliflərinə reaksiyasından sonra növbəti addımlara Rusiya Prezidenti Vladimir Putin qərar verəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"ABŞ-dan əsas məsələlərlə bağlı müsbət cavab yoxdur. ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabının məzmunu ciddi müzakirələrə imkan verir, lakin ikinci dərəcəli məsələlərlə bağlı. Moskva hazırda Vaşinqtonun cavabını öyrənməyə davam edir.

ABŞ NATO-nun Şərqə doğru genişlənməsi ilə bağlı ən mühüm suala cavab vermədi", - Lavrov bildirib.

Milli.Az