“Nihalın pulu var idi, hüzuru yox”

27 Yanvar 2022 20:30

Türkiyənin məşhur aktrisası Hazal Kaya "Aşkı-memnu" serialı ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, sözügedən serialda canlandırdığı Nihalı niyə sevməməyi barədə verilən sualı cavablandırıb. 

Aktrisa deyib ki, əvvəl sevməsə də, sonralar bu personajı anlamağa başlayıb:

"Nihalı canlandıranda onunla eyni yaşda idim. Doğrudur, bir vaxt onu sevmədiyimi açıqlamışdım. Lakin sonuncu dəfə serialı hamilə olanda izlədim. O zaman Nihalı başa düşdüm. Çünki qızın pulu var, amma sosiallığı yoxdur. Məsələn, bara, ya da restorona gedir, deyir atam eşitsə, nə deyər? Yəni atan nə eşidə bilər kİ? Bir sözlə pulu var, hüzuru, aktiv həyatı yoxdur. Nəticədə evdən də çıxmır. Evdə də bir Behlül var, onu görür və aşiq olur".

Milli.Az