Ermənistanda zəncirvari qəza, 20 avtomobil toqquşdu - VİDEO

27 Yanvar 2022 14:36

Ermənistanda bu gün səhər saatlarında zəncirvari qəza qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Sevan-İrəvan avtomobil yolunda baş verib.

Hadisə zamanı 20-yə yaxın avtomobil toqquşub. Bəzi avtomobillər ağaclara çırpılıb.

Hadisə yerinə fövqəladə vəziyyət briqadaları, həkim və polis əməkdaşları cəlb olunub.

Qəzaya səbəb qeyri-sabit hava şəraiti, qar olub.

Milli.Az