Sel suları Beyləqanda 3 evi uçurdu

5 May 2010 20:03
Bu barədə APA-ya rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Günün ikinci yarısına qədər daxil olmuş məlumatlara əsasən rayonun ayrı-ayrı yaşayış məntəqələrində, xüsusilə rayon mərkəzində çoxlu sayda həyətlərə, evlərin zirzəmilərinə sel sularının dolması faktı qeydə alınıb.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bütün qüvvələr mövcud problemlərin aradan qaldırılması üçün səfərbər edilib. Bununla yanaşı, daha ciddi problemlərin yarandığı İmişli və Zərdab rayonlarına kömək üçün Beyləqandan texnika göndərilib. Fövqəladə Hallar Komissiyasından o da bildirilib ki, rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sel sularından zərər çəkən, həmçinin, Arazboyu kəndlərə baxış keçirir, əhaliyə, təsərrüfatlara dəyən ziyan haqda informasiyalar toplayırlar.

İcra Hakimiyyətindən o da bildirilib ki, son günlər müşahidə olunan hava şəraitindən ən çox zərər çəkən kənd təsərrüfatı sahəsidir.

/APA/