Medvedev: “Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib”

27 Yanvar 2022 19:48

Ukraynadan Rusiyaya qarşı olan geosiyasi təzyiq aləti kimi istifadə edirlər, Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.

O, Ukrayna ətrafında olan gərginliyin yaxın gələcəkdə azalacağına ümid etdiyini bildirib.

Medvedev əlavə edib ki, Ukrayna özlüyündə nə amerikalılara, nə də avropalılara lazımdır.

Milli.Az