Sənaye zonalarında istehsal edilən məhsulun dəyəri açıqlandı

27 Yanvar 2022 16:06

Sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədər iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

"Sənaye zonaları #iqtisadiyyat-ın diversifikasiyasında, xüsusilə qeyrineft sənayesinin inkişafında mühüm rol oynayır. 2021-ci il ərzində sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 88,3% çoxdur.

Ötən il sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15,5%-ə yüksəlib, qeyri-neft sənaye istehsalının artımındakı payı isə 30% təşkil edib", - deyə M.Cabbarov qeyd edib.

Milli.Az