Buzlu yolla qalxmaq istəyən avtomobil sürüşüb divara çırpıldı - VİDEO

27 Yanvar 2022 15:30

Türkiyədə qarın səbəb olduğu qəza: Avtomobil qalxmaq istədiyi yolda geriyə sürüşdü
Türkiyənin Bursa şəhərində sürücü buz bağlamış yolda yoxuşu qalxmaq istəyərkən idarəetməni itirib və avtomobil sürüşərək arxaya gedib.

Hadisə vaxtı orada olan sakinlərdən biri sürücüyə kömək etməyə çalışsa da, onun səyləri nəticə verməyib.

Nəticədə avtomobil evlə yol arasındakı boşluğa düşüb.

Sürücünün ciddi xəsarət almadığı bildirilir.

Milli.Az xəzərxəbər-ə istinadla görüntüləri təqdim edir:

Milli.Az