Varislər kral ailəsinə məxsus zinət əşyalarını tələb edir

27 Yanvar 2022 16:54

İtaliyanın dördüncü və sonuncu kralı II. Umbertonun nəvələri 76 ildir İtaliyanın mərkəzi bankında saxlanılan kral daş-qaşlarını geri almaq istəyirlər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sözügedən zinət əşyaları ölkədə monarxiya ləğv edildikdən üç gün sonra saxlanılmaq üçün İtaliya Bankına göndərilib. Bir neçə gün sonra Kral II. Umberto kişi varisləri ilə birlikdə sürgün edilib.

Tac, sırğa, boyunbağı və müxtəlif zinət əşyalarından ibarət kolleksiyada 6 mindən çox brilyant və 2 mindən çox mirvari var.

Müraciətin ardından İtaliya Bankı ailənin qeyri-rəsmi tələbini rədd edib. Bank rəsmiləri ilə ailənin vəkilləri arasında vasitəçilik görüşü keçirilib. Ancaq bu görüşdə tərəflər razılığa gələ bilməyiblər.

Milli.Az