Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı 17 nəfər yaralanıb, ölən var

27 Yanvar 2022 21:57

Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.

Silahlı insidentdə 17 nəfər yaralanıb. Belə ki, Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.

Qırğızıstanın Səhiyyə Nazirliyi öz növbəsində bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.

Milli.Az