Ukraynada əsgər xidmət yoldaşlarına atəş açdı, 5 hərbçi öldü, 5-i yaralandı

27 Yanvar 2022 10:18

Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk "AK-47" avtomat silahından xidmət yoldaşlarına atəş açıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə ötən gecə baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Milli.Az