“On minimdən keçib səni taparam...” - Pərvin Abıyeva

27 Yanvar 2022 11:00

"Sosail şəbəkədə mənə söyüş yazırlar. Keçən dəfə altı-yeddi saat özümə gələ bilmədim".

Milli.Az "yenisabah.az"a istinadən xəbər verir ki,bu sözləri aktrisa Pərvin Abıyeva MTV Azərbaycan kanalında deyib:

"Ünvanıma təhqiramiz sözlər yazmışdılar. Axı, sən kimsən?! Çox pis söyüşlərlə ata-anama toxunurlar. Sən mənim ata-anamı nə dərəcədə tanıyırsan?! Sosial şəbəkədə hazırda adam tapmaq çox asandır. Nə qədər haker və proqramistlər var. Birinə min manat verib, lap on minimdən keçib səni taparam. Əsəbimə sahib çıxa bilməyib, sənə nəsə edərəm, sən də bədbəxt olarsan, mən də".

Milli.Az