Türkiyədəki qar çovğunundan maraqlı mənzərə: Pişik qızınmaq üçün itə sığındı - VİDEO

27 Yanvar 2022 13:42

Bir neçə gündür ki, çovğunun əsarətində olan Türkiyədən maraqlı bir görüntü paylaşılıb. Kadrlarda pişiyin çovğundan qorunmaq üçün itə sığındığı əks olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlar Tunceli şəhərindəndir.

Tarix boyu düşmən heyvanlar kimi tanınan pişiklə itin bu vəziyyəti görənləri təəccübləndirib.

Milli.Az