Fransalı MMA döyüşçüsü intihar etdi - VİDEO

27 Yanvar 2022 08:04

Fransalı MMA döyüşçüsü Pyer Lüdet intihar edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun meyiti Marseldəki evində tapılıb.

22 yaşlı Lüdetin silahdan açılan atəşlə canına qəsd etdiyi bildirilir.

Qeyd edək ki, adıçəkilən idmançı peşəkar karyerasına 2017-ci ildə başlayıb. O, Fransa milli polis qüvvələrində çalışırdı.

Milli.Az