Bakıda qadını avtomobil vurub

27 Yanvar 2022 08:02

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Bayıl qəsəbəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü Məmmədova Sevda Rəşid qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az