Maştağada qadın evdə bıçaqlandı

27 Yanvar 2022 08:58

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü İmanova Gültəkin Məzahir qızı naməlum şəraitdə evdə bıçaqlanıb. Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub.

Milli.Az