Çexiyanın hökumət koalisiyasına daxil olan partiyaları təmsil edən siyasətçilər Pekində keçiriləcək Olimpiya Oyunlarını boykot edəcəklər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə günü jurnalistlərə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lenka Do bildirib.
"Hökumət koalisiyasının partiyalarını təmsil edən siyasətçilərdən heç biri Çində keçiriləcək Olimpiya Oyunlarına qatılmayacaq", - deyə o bildirib.
Bununla belə, Çexiya prezidenti Miloş Zeman Olimpiya oyunlarının boykot edilməsinə və olimpiya ideyasından siyasi məqsədlər üçün sui-istifadəyə qarşı çıxış edib. Müvafiq bəyanat dövlət başçısının Çinə səfər edən Çexiya komandasının üzvlərinə videomüraciətində yer alıb.
Milli.Az