"Bizim İrana heç bir borcumuz yoxdur"

26 Yanvar 2022 23:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan nəql olunan qazın texniki problemlər səbəbindən dayandırılmasını şərh edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o, yerli jurnalistlərə verdiyi müsahibə zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, iki ölkənin ortaq maraqları siyasət və təhlükəsizlik sahəsindən kənara çıxır: "Bizim İrana heç bir borcumuz yoxdur. Bu iddialar yalandır və prezident İbrahimi ilə apardığım danışıqlar zamanı bunu ona dedim. O isə texniki səbəbdən 10-15 günlük gecikmə ola biləcəyini söylədi".

Milli.Az