36 yaşlı kişi bıçaqlandı

26 Yanvar 2022 21:15

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, rayonun Aran Yanıqlı kəndində 1986-cı il təvəllüdlü İsmayılov Nail Soyped oğlu bıçaqlanıb.

Onu 2001-ci il təvəllüdlü Sadıqov İlkin Anar oğlunun vurduğu məlum olub. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az