Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək

26 Yanvar 2022 13:34

Fevralın 12-13-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, federasiyanın 2022-ci ildə keçirəcəyi ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Yarışlar İdman TV telekanalı vasitəsilə canlı yayımlanacaq.

Milli.Az