Donuz ürəyi insana narkotiklə köçürüldü

27 Yanvar 2022 21:20

Amerikalı mütəxəssislər dünyada ilk dəfə xəstə insana GMO (genetik modifikasiya edilmiş orqanizm) donuz ürəyini transplantasiya etmişdilər. Merilend Universitetinin tibbi mərkəzinin ürək ksenotransplantasiyası (bir bioloji növün orqanizmindəki orqanların, toxumaların və ya orqanoidlərin (süni şəkildə yetişdirilmiş orqanlar) digər bioloji növün orqanizminə transplantasiyası) şöbəsinin direktoru Muhammad Mohiuddin sözügedən əməliyyata rəhbərlik edib. İndi isə Muhammad Mohiuddin əməliyyatın uğurla yekunlaşmasına şərait yaratmış əsas sirri açıqlayıb. Onun sözlərinə əsasən bu qəliz və uzunmüddətli əməliyyat çərçivəsində GMO donuz ürəyinin dayanmaması üçün mütəxəssislər əsas tərkib hissəsi kokain olmuş narkotik kokteyldən istifadə ediblər.

Əməliyyat zamanı sözügedən narkotik kokteyldən istifadə etmək üçün mütəxəssislər ABŞ Narkotiklərlə mübarizə idarəsindən xüsusi icazə almalı olublar. Xüsusi icazənin alınmasından sonra mütəxəssislər kokain tərkibli narkotik kokteyli ürəyə yeridiblər ki, onun fəaliyyəti ani olaraq dayanmasın. "Daha əvvəllər biz, kokain iştirakı ilə olan üsuldan istifadə edən zaman ürəyin çalışmasındakı problemlər 48 saat ərzində yaranırdılar. Lakin biz, kokain tərkibli narkotik kokteyli birbaşa ürəyə yeritdiyimiz zaman ürək daha tez döyünür və daha yaxşı vəziyyətdə qalırdı" - deyə Muhammad Mohiuddin qeyd edib.

Məlumata əsasən kokain tərkibli narkotik kokteyl İsveçin XVIVO adlı əczaçılıq şirkətinin mütəxəssisləri tərəfindən yaradılıb. Sözügedən kokteyl narkotik vasitələrdən əlavə olaraq kortizol və adrenalin kimi digər maddələrdən də ibarətdir. İndiyənə kimi kokainin ürək fəaliyyətinin normada qalmasında ən yaxşı üsul olmasının səbəbi bilinmir. Lakin mütəxəssislər dəqiqliklə deyə bilərlər ki, narkotik vasitələr olmadan xəstə insanın orqanizmi GMO donuz ürəyini ani olaraq rədd edə bilərdi. "Əgər biz bunu etməsəydik, pasientin orqanizmi tərəfindən ürəyin rədd edilməsi bir neçə dəqiqə ərzində baş verə bilərdi. Nəticədə GMO orqan lazımsız olacaqdı" - deyə mütəxəssis qeyd edib.

Milli.Az