6 ildir həmin şəxs tərəfindən təqib olunur - FOTO

26 Yanvar 2022 15:44

Türkiyəli aktrisa Ezgi Mola reklam çarxının afişasında yer aldığı musiqiçi Kemal Kahraman tərəfindən təqib və təhdid olunduğunu bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın 6 ildir davam etdiyini vurğuladığı məsələ ilə bağlı cinayət işi açılıb.

Məhkəmə Kemalın 2 ay müddətinə Ezgidən uzaqlaşdırılmasını qərara alıb.

Qeyd edək ki, E.Mola hazırda "Masumlar apartmanı" serialında Safiye obrazını canlandırır.

Milli.Az